Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi Sahil Abbaslı qəfil vəfat edib.
Newscenter-az bildirir ki, "Report"un Muğan bürosunun məlumatına görə, mərhumun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
ADPU-nun tarix fakültəsinin II kurs tələbəsi olan S.Abbaslı İmişli rayonunun Əliqulular kənd sakinidir.