Türkiyədə elektrik stansiyalarının sayı 12 mini keçib.
Newscenter.az Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyinə istinadən bildirir ki, ölkədə elektrik enerjisi 343 elektrik stansiyasında təbii qazdan, 68 elektrik stansiyasında isə xaricdən gətirilən kömür, linyit, asfaltit və daş kömürdən istehsal olunur.
Bərpa olunan enerjidə 10 min 479 günəş, 752 su elektrik, 384 biokütlə, 363 külək, 95 tullantı istilik və 63 geotermal enerji elektrik stansiyasından elektrik enerjisi istehsal edilir.
Qeyd edilib ki, Türkiyə bərpa olunan enerjinin quraşdırılmış gücünə görə Avropada 5-ci yerdədir.
Anar TAGİYEV