Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində ocaqçı vəzifəsində çalışan işçilər üçün təlimlərə start verilib.
Newscenter.az xəbər verir ki, paytaxtın 12 rayonu üzrə təşkil olunan təlimlər “Azəristiliktəchizat” ASC-nin yüksək dərəcəli mütəxəssisləri tərəfindən keçirilir.
Təlimlərin keçirilməsinin əsas məqsədi qazanxanalarda əməyin mühafizəsinin təşkili, qurğuların təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi ilə bağlı ocaqçıların bilik və bacarıqlarını artırmaqdan ibarətdir.
Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzularla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, cari ayın sonuna kimi davam etdirilməsi nəzərdə tutulan təlimlərə 300-ə yaxın ocaqçının cəlb olunması nəzərdə tutulur.
R.Mehdiyeva