Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada baş verənlər heç də İsrailə uğur gətirmədi

Qəzzada baş verənlər heç də İsrailə uğur gətirmədi


Yaxın Şərqdə gərginlik davam edib fələstinlilərə qarşı qətliam hər gün özünün yeni ağır mərhələsinə qədəm qoyduqca İsraildə də daxili siyasi vəziyyət gərginləşir. HƏMAS-ın cavab olaraq İsrail şəhərlərini hədəfə alması israillilər arasında Netanyaho hökumətindən narazılıqları artırıb. İndi Netanyaho hökumətinin ciddi sınaq qarşısında qaldığı bildirilir. Elə siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, ekspert bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr və bu hadisələrdən dolayı dünyanın dörd tərəfindən ucalan İsrailə qarşı etirazlar heç də İsrailə uğur gətirmədi:

"Əksinə, dünyada yaşayan yəhudi xalqı baş verən hadisələrdən dolayı təhdidlərlə qarşılaşa bilər ehtimalları artır. İsrail hökumətinin bu addımını ABŞ ilə əlaqələndirmək doğru olardı, çünki İsrail hökumətinin qaza gətirilməsində məhz ABŞ-ın rolu var. Bilindiyi kimi ABŞ-ın Yaxın Şərqə topladığı hərbi texnika və silah sursat, bölgədə yüzlərlə qurduğu hərbi bazalar heç də onların xoşniyyətli planlarının olmasına xidmət göstərmir. Məhz bu qədər hərbi kontingent və hərbi texnika toplamasını, ABŞ -ın bölgədə yeni müharibə planlarına xidmət göstərən amil hesab etmək olar".

Ekspert daha sonra qeyd edib:

"Burada İran faktorunun olması ən çox irəli sürülən arqumentlər əsasında yer alır. İran və İsrail arasında münasibətlərin düşmənçilik həddində olduğunu nəzərə alsaq, heç də ABŞ və İran arasında gizli (bazarlıq) "müttəfiqliyin" və yaxud da hansısa işbirliyi içində olmalarına şübhə qalmır. Məhz bu səbəbdən ABŞ İsrail hökumətinin bu addımından istifadə edərək bölgəyə müdaxilə etmək haqqına sahibləndi və bu ssenari bizə Qarabağda Rusiyanın Ermənistan vasitəsilə müdaxiləsini xatırladır".

Anar Əliyev
Xəbəri paylaş