Mersin Universitetinin tibb fakültəsinin 6-cı kurs tələbəsi Nidanur N. adlı gənc qaldığı qızlar yataqxanasının qarşısında ov tüfəngi atəşə məruz qalıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hücum zamanı ayağından güllə yarası alan gənc qadın ağır yaralanıb.
Yaralı tələbə təcili yardımla Mersin Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılarkən, silahlı şübhəli hadisə yerindən qaçıb.
Hadisədən sonra ərazidə araşdırma aparan polis qrupları şübhəlinin xəstəxanada texnik işləyən E.K. olduğunu müəyyən edib. Onun tutulması istiqamətində araşdırma aparılır.
Sona