Türkiyənin elektrik enerjisindən əldə etdiyi güc 105 min meqavata çatıb.
Newscenter.az Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyinə istinadən bildirir ki, 1923-cü ildə bu güc cəmi 33 meqavat təşkil edirdi.
Məlumatda bildirilib ki. 1930-cu ildə bu göstərici 78 meqavat, 1940-cı ildə 217, 1950-ci ildə 407, 1960-cı ildə 1271, 1970-ci ildə 2 min 234 meqavata yüksəlmişdir. Beləliklə, illərlə enerji sisteminin inkişafı nəticəsində 2023-cü ilin oktyabr ayına elektrik enerjisində ümumi quraşdırılmış güc 105 min 659 meqavata çatıb.
Natiq Orucov