Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyənin qarşısında heç bir ermənipərəst güc dayana bilməz

Azərbaycan və Türkiyənin qarşısında heç bir ermənipərəst güc dayana bilməz


İşğaldan azad olunmuş ərazilər və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə hərbi təliminin uğurla başa çatması sevindirici hadisədir. İki qardaş ölkənin bu möhtəşəm birgə hərbi təlimi eyni zamanda düşmənlərimizin, xüsusən də Fransa və Ermənistanın yuxularını qaçıran addımlarımızdan biridir.

44 günlük İkinci Qarabağ savaşından və tarixi Şuşa Bəyannaməsinin imzalanmasından sonra mütəmadi olaraq həm Türkiyədə, həm də Azərbaycanda keçirilən belə hərbi təlimlər iki ölkənin Silahlı Qüvvələrinin birgə fəaliyyəti üçün geniş imkanlar yaratmaqla bərabər, Azərbaycan və Türkiyənin müdafiə qüdrətini də artırır. Ümumiyyətlə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə modelinə, NATO standartlarına transformasiya olunması xəttini ardıcıllıqla həyata keçirməsi strateji hədəflərimizi, maraqlarımızı təmin etməyə imkan verir.

3000 nəfərədək şəxsi heyətin, 130 ədəd zirehli texnikanın, 100-dək artilleriya qurğusunun, 20-dən artıq aviasiya və uçuş vasitələrinin, müxtəlif mühəndis texnikası və kiçik botların cəlb olunduğu "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi Azərbaycan və Türkiyə ordularının real döyüş qabiliyyətinin daha da artırılması ilə yanaşı, Azərbaycana qarşı məkrli planlara start verən Fransa və onun müttəfiqlərinin səylərini cilovlamaq baxımından da mühüm əhəmiyyətə malikdir. Necə deyərlər, “əzələ nümayişi”nə qarşı real gücümüzü ortaya qoyuruq. “Bir millət, iki dövlət” kredosu ilə hərəkət edən Azərbaycan və Türkiyənin qarşısında heç bir ermənipərəst güc dayana bilməz.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi
Xəbəri paylaş