Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları son 31 həftənin ən yüksək səviyyəsinə yüksəlib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Mərkəz Bankının cəmi ehtiyatları 20 oktyabr həftəsində bir əvvəlki həftəyə görə 1 milyard 627 milyon dollar artaraq 31 həftənin ən yüksək səviyyəsinə, 126 milyard 125 milyon dollara çatdı.
Mərkəzi Bankın ümumi valyuta ehtiyatları isə 740 milyon dollar azalaraq 82 milyard 567 milyon dollar olub. Sözügedən dövrdə qızıl ehtiyatları 2 milyard 367 milyon dollar artaraq 41 milyard 191 milyon dollardan 43 milyard 558 milyon dollara yüksəlib.
Natiq Orucov