Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mahaçqala hava limanı əhali tərəfindən mühasirəyə alınıb, əraziyə xüsusi təyinatlılar cəlb edilib,

Mahaçqala hava limanı əhali tərəfindən mühasirəyə alınıb, əraziyə xüsusi təyinatlılar cəlb edilib,


Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.

Newscenter.az Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, izdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.

Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.

Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.

Bundan əvvəl izdiham İsraildən gələn şəxsi mühasirəyə alaraq pasportunu götürüb. O, yəhudi olduğunu etiraf edib və hava limanı ərazisindən çəkilməyib. Həmin şəxsdən sənədlərdən əlavə, telefon nömrəsini də tələb ediblər.

XXX

Dağıstanın milli siyasət naziri Enrik Müslümov və gənclərlə iş üzrə naziri Kamil Saidov izdihamın yaşandığı Mahaçqala hava limanına gəliblər.

Bununla yanaşı, Rusiya Qvardiyasının əsgərləri və polis xüsusi təyinatlıları hava limanına daxil olub. Buna səbəb yüzlərlə etirazçının hava limanının binasına daxil olaraq uçuş-enmə zolağına çıxmasıdır.

XXX

Məlumata görə, Nijnevartovsk və Moskvadan gələn təyyarələr hava limanına eniş edə bilmir. Aeroport rəsmiləri təyyarələri qonşu respublikaların hava limanlarına eniş üçün yönləndirməyə qərar verə bilər.(report)
Xəbəri paylaş