Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdam və Cəbrayıldakı sənaye parklarında dəmir yolu infrastrukturu yaradılacaq

Ağdam və Cəbrayıldakı sənaye parklarında dəmir yolu infrastrukturu yaradılacaq


Ağdam və Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının ərazilərində dəmir yolu infrastrukturu yaradılacaq.

Newscenter-az bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Xatırladaq ki, indiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın 5 rezidenti, 1 qeyri-rezidenti var. Bu investorlar Parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyir. Rezidentlərdən biri - "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıb.

Sona
Xəbəri paylaş