*AZAL-ın yeni rəhbərliyinin bir müddət əvvəl Milli Məclisin deputatları ilə keçirdiyi görüşün nəticəsi olaraq yaxın vaxtlarda təyyarə biletlərinin qiymətində endirimlər olacağı bildirilsə də, lakin təəssüflər olsun ki, şirkət hələlik qiymət azalması haqqında düşünmür. Baxmayaraq ki, şirkət rəhbəri ilə keçirilən həmin görüşdən sonra təyyarə qiymətlərinin enəcəyinə böyük ümidlər vardı".
Newscenter-az xəbər verir ki, bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzindən daxil olub. Mərkəzdən bildirilib ki, AZAL-ın xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün söz verdiyi güzəştlər də tətbiq olunmur:
"O zaman həmin görüşün keçirilib insanlarda ümid yaradılmasına nə ehtiyac vardı?".
Natiq Orucov