Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan anlamalıdır ki, sülh müqaviləsinin bağlanmadığı hər gün ona hansı siyasi və iqtisadi itkilər gətirir

Ermənistan anlamalıdır ki, sülh müqaviləsinin bağlanmadığı hər gün ona hansı siyasi və iqtisadi itkilər gətirir


"Ermənistan sülh müqaviləsi ilə bağlı özünün müstəqil mövqeyinə sahib deyil. Dünənə qədər Rusiyanın yedəyində gedən Ermənistan indi də Fransanın sözü ilə oturub-durur. Sentyabr ayının 19-da keçirilmiş antiterror tədbirlərindən sonra sülh müqaviləsi Ermənistana Azərbaycana lazım olduğundan daha çox lazımdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Ermənistanın baş naziri Nikol Paşinyanın sülh çağırışlarından danışmasını şərh edərkən səsləndirib. O bildirib ki, ölkəsinin taleyi ilə bağlı olan Zəngəzur dəhlizinə yox demiş bu ölkədən sülh müqaviləsi ilə bağlı normal davranış az inandırıcı görünür:

"Təbi ki, Azərbaycan öz şərtləri çərçivəsində sülh müqaviləsini imzalamağa həmişə hazırdır. Azərbaycan qalib ölkə kimi bu müqaviləyə öz şərtlərini israr etməkdə də tam haqlıdır. Dünya hərb tarixində bəlli təcrübə var. Müharibədə uduzan tərəf, qalib tərəfin şərtlərini qəbul etməlidir. Biz qalib ölkə olsaq da Ermənistandan fərqli olaraq bu ölkənin torpaqlarına iddia etmirik. Halbuki o torpaqlar bizim ata-baba torpaqlarımızdı. Biz sadəcə bu günə qədər işğal altında saxlanılan 8 kəndimizin qaytarılmasını, sərhədllərin bəlli xəritələr əsasında tanınmasını istəyirik. Ermənistan bütün hallarda bu şərtləri qəbul etməlidi. Çünki bizim tələblərimiz tam qanunidir və beynəlxalq hüququn müəyyən etdiyi qaydalar çərçivəsindədi".

Fikrət Yusifovun sözlərinə görə, Ermənistan anlamalıdır ki, sülh müqaviləsinin bağlanmadığı hər gün ona hansı siyasi və iqtisadi itkilər gətirir:

"Ermənistanın xilası ondan min kilometrlərlə uzaqda yerləşən Fransa ilə siyası oyunbazlıqdan deyil, regionda Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Əks halda bir neçə ildən sonra o torpaqlarda sadəcə erməni qalmayacaq, onların hamısı köçüb başqa ölkələrə gedəcəklər. Bu yaxınlarda Qarabağdan qaçıb getmiş və sığınacaqda güclə nəfəs alan bir xəstə erməni qadının çıxışına qulaq asdım. Erməni məsələsinin ən yaxşı açlımını etdi bu qadın. Dedi ki, “dördüncü əsrdən bəri millətimiz sərgərdan gəzir, son sığınacağımız hara olacaq?” Bu gedişlə son sığınacağınız olmayacaq, sadəcə dünyaya səpələnəcəksiniz. Bütün vətənsiz millətlər kimi".

Anar Əliyev
Xəbəri paylaş