Qəzzadakı Türkiyəyə məxsus Qızıl Aypara Cəmiyyətinin anbarlarının vurulması ilə bağlı xəbərlər təsdiqini tapmayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi yayıb.
Mərkəzdən verilən açıqlamada deyilir: "Bəzi sosial media hesablarında paylaşılan "İsrail Türkiyənin Qızıl Aypara Cəmiyyətinin anbarlarını vurdu. AFAD-ın yerləşdiyi binaya ciddi ziyan dəyib" iddiası doğru deyil".
Açıqlamada daha sonra qeyd edilir?
"İsrailin bombardmanı nəticəsində böyük ziyan görən sözügedən bina Fələstin Qızıl Aypara Cəmiyyətinin humanitar yardım anbarıdır və tikintisi Türk Qızıl Aypara tərəfindən dəstəklənir".
Mehman Mehdiyev