Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM-də) iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti qardaş Türkiyəyə aəfər edib.
Newscenter.az-ın xəbərinə görə, səfər barədə məlumat verən nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Jalə Əhmədova deyib ki. nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvləri olaraq Jalə Əhmədova ilə Ramin Məmmədov bu qurumun komitə iclaslarında iştirak etmək üçün oktyabrın 30-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfərə gediblər.
"Səfər çərçivəsində QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və mən Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin iclaslarında iştirak edəcəyik".
Ruhiyyə Mehdiyeva