Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın sülh çağırışları imitasiya xarakteri daşıyır

Paşinyanın sülh çağırışları imitasiya xarakteri daşıyır


"Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanmasının, Türkiyə ilə sərhədlərin açılmasının vacibliyi barədə fikirləri imitasiya xarakteri daşıyır və erməni baş naziri heç də dediklərində səmimi deyil".

Newscenter-az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Erməni baş nazirin bu günkü çıxışında sülh müqaviləsinə toxunmasına diqqət çəkən Analitik Qrup hesab edir ki, Paşinyan özünü sülh göyərçini kimi göstərməyə çalışır:

"Erməni baş nazirin bu çıxışları beynəlxalq auditoriya üçün hesablanıb. Özünü sülh quşu kimi göstərməyə çalışan Nikol Paşinyan digər tərəfdən ölkəsini silahlandırmaqla yeni müharibəyə hazırlaşır. Ona görə də Paşinyanın özünü sülh təşəbbüskarı kimi qələmə verməsi siyasi imitasiyadır".

Analitik Qrup hesab edir ki, erməni baş naziri siyasi oyunbazlıqdan əl çəkib həqiqətən də regionda sülhə və təhlükəsizliyə qarant olacaq sülh müqaviləsi üzərində ciddi çalışmalıdır:

"Çünki zaman Ermənistanın əleyhinə işləyir".

Anar Əliyev
Xəbəri paylaş