Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ukrayna savaşından qalib çıxa bilər?

Rusiya Ukrayna savaşından qalib çıxa bilər?


"İsrail-HƏMAS müharibəsi beynəlxalq aləmin, super güclərin diqqətini Rusiya-Ukrayna müharibəsindən yayındırıb. Bu isə ilk növbədə Rusiyanın maraqlarına xidmət edir".

Newscenter-az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Yaxın Şərq münaqişəsi səbəbindən Birləşmiş Ştatların, Qərbin və Avropa ölkələrinin Ukraynaya hərbi dəstəyinin azalması Rusiyanı Ukrayna cəbhəsində üstün duruma gətirib:

"Son həftələr Ukraynanın cəbhə boyunca ciddi bir uğur əldə edə bilməməsi fonunda bunu aydın şəkildə görürük. Əgər proseslər belə davam edərsə, o halda Rusiya-Ukrayna müharibəsindən Moskva qalib ayrıla bilər".

Mehman Mehdiyev
Xəbəri paylaş