8 milyon insana təqdim edilən e-bildiriş sistemi ilə bu günə qədər 2,7 milyard lirəyə qənaət edilib.
Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyi verib. Nazirlikdən bildirilib ki, nəticədə 121 milyondan çox sənəd elektron şəkildə lazım olan ünvanlara və şəxslərə çatdırılıb.
"Vergi ödəyicilərinin bəyannamə və bildiriş öhdəliklərinin yüngülləşdirilməsinə yönəlmiş layihələr həyata keçirilərkən bütün vergi bəyannamələrinin elektron bəyannamə sistemi vasitəsilə qəbuluna başlanması böyük əhəmiyyət kəsb edir", deyə- açıqlamada bildirilir.
Nazirlik bildirib ki, bu çərçivədə elektron qaydada qəbul edilən bəyannamələrin sayı 1,5 milyardı ötüb. Təkcə elektron bəyannamə sistemi ilə kağız üzərində edilən qənaət 750 milyon lirəni keçdi.
Natiq Orucov