İsrail Qəzzada daha bir qeyri-insani davranışa yol verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu ölkənin aviasiyası Qəzzada çörək növbəsinə dayanan mülki insanları bombalayıb.
Belə ki, Qəzzanın Nəsr rayonundakı çörək zavodu qarşısında çörək növbəsi gözləyən 300 nəfərlik qrupa havadan bomba atılıb. Nəticədə ilkin məlumata görə, 20 nəfər həyatını itirib.
Ölənlərin sayının artacağı təxmin edilir.
Anar TAGİYEV