Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay plastik kartlarla ödənişləri 807 milyardı keçib

Keçən ay plastik kartlarla ödənişləri 807 milyardı keçib


Türkiyədə sentyabr ayında 807 milyard lirəlik ödəmə plastik kartlarla həyata keçirilib.

Newscenter.az Banklararası Kart Mərkəzinə (BKM) istinadən bildirir ki, sentyabr ayında kredit kartları, debet kartları və qabaqcadan ödəniş kartları ilə edilən ödənişlərin ümumi məbləği əvvəlki ilin eyni dövrünə görə yüzdə 122 faiz artıb.

Mərkəzdən bildirilib ki, sentyabr ayında Türkiyədə kredit kartlarının sayı 112,7 milyon, debet kartlarının sayı 184,4 milyon, əvvəlcədən ödənişli kartların sayı isə 84,5 milyon ədəd olub. Ötən ilin sentyabr ayı ilə müqayisədə kredit kartlarının sayı 18 faiz, debet kartların sayı 12 faiz, əvvəlcədən ödənişli kartların sayı isə 28 faiz artıb. Kartların ümumi sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artaraq 381,6 milyon ədədə çatıb.

Natiq Orucov
Xəbəri paylaş