Supermarketlərdə hər dörd alıcıdan üçü ödənişi pplastik kartlarla həyata keçirilib
Newscenter.az Türkiyənin Banklararası Kart Mərkəzinə (BKM) istinadən bildirir ki, kredit kartı ilə ödənişlərdə bu ilin sentyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 128 faiz, debet kartı ilə həyata keçirilən ödənişlərdə 97 faiz, ilkin ödəniş kartları ilə həyata keçirilən ödənişlərdə isə 120 faiz təşkil edib.
Sentyabr ayında kredit kartları, debet kartları və qabaqcadan ödəniş kartları ilə edilən ödənişlərin ümumi sayı əvvəlki ilin eyni dövrünə görə 27 faiz artaraq 1,4 milyarda çatıb. Kart ödənişlərinin 789 milyonu kredit kartları ilə, 529 milyonu debet kartları ilə, 86,6 milyonu isə əvvəlcədən ödənişli kartlarla həyata keçirilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit kartları ilə edilən ödənişlərin sayında artım tempi 29 faiz, debet kartları ilə edilən ödənişlərin sayında isə 25 faiz olduğu halda, ilkin ödənişlə həyata keçirilən ödənişlərin sayında bu nisbət yüzdə 28 olub.
Natiq Orucov