[center][]
Litvanın Vilnüs şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat İdarəedilməsi Şurasının (TMB) 38-ci iclası keçirilib.
Newscenter.az xəbər verir ki, BNF-yə üzv olan 66 ölkənin nəqliyyat sahəsinə cavabdeh olan nazirliklərinin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi iclasın keçirilməsində məqsəd nəqliyyat siyasətinin aktual məsələlərinin müzakirə edilməsi olub.
İclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Elmar Sadiq iştirak ediblər.
İclas zamanı gündəlikdə olan digər məsələlərlə yanaşı, BNF-nin baş katibi Yanq Tae Kim təşkilatın prioritetləri üzrə görülən işlər barədə məlumat verib. TMB-də, həmçinin 2024-cü ilin iş proqramı və büdcəsi müzakirə edilib, BNF Sammitinin proqramı razılaşdırılıb.
26 oktyabrda “Qlobal şoklara qarşı nəqliyyat dayanıqlığının artırılması” mövzusunda keçiriləcək 2025-ci il Sammitinin planlaşdırılmasına başlamaq üçün 2025-ci il Sammitinin İşçi qrupun ilk iclasına Bəxtiyar Məmmədov sədrlik edib. Növbəti gün 2025-ci il Sammitinin İşçi qrupunun sədri Bəxtiyar Məmmədov işçi qrupun ilk toplantısı barədə Beynəlxalq Nəqliyyat Forumunun Nəqliyyat İdarəedilməsi Şurasının 38-ci iclasına hesabat verib.
Çilinin sədrliyi və Azərbaycanın sədr müavinliyi ilə keçiriləcək 2025-ci il Sammiti 2025-2027-ci illərdə dayanıqlı, inklüziv və xalis sıfır nəqliyyat sistemləri trilogiyasına fokuslanma təşəbbüsünü irəli sürüb.
BNF Katibliyi 2025-ci il Sammitinin əsas mövzusunun dayanıqlılığın nəqliyyat sistemləri üçün uyğunlaşma qabiliyyəti, uğursuzluqlardan nəticə çıxarmaq və davamlı transformasiyanı nəzərdə tutan əhatə dairəsi sənədini təqdim edib. Katiblik nəqliyyat sistemlərinin digər kritik sistemlərlə (yəni enerji, telekommunikasiya, ticarət və s.) qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayıb. İşçi qrupun üzvləri BNF Katibliyinin 2025-ci il Sammitinin proqram layihəsinin təkmilləşdirilməsinə dəstək olan şərhlər veriblər.
BNF iştirakçıları, həmçinin Litvanın elektron bilet provayderi Judu və BNF-nin korporativ partnyoru olan Estoniyanın mobillik sahəsində fəaliyyət göstərən şirkəti “Bolt” tərəfindən təşkil olunmuş tədbirdə iştirak etmək imkanı da əldə ediblər.
Qeyd edək ki, BNF İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) sisteminə daxil olan hökumətlərarası təşkilatdır və bütün nəqliyyat növləri üçün mandata malik yeganə qlobal qurumdur. O, nəqliyyat siyasəti məsələləri üzrə beyin mərkəzi kimi fəaliyyət göstərir və nəqliyyat nazirlərinin illik zivə toplantısı-qlobal Sammitini təşkil edir. TMB BNF-nin fəaliyyətinin davam etdirilməsi üzrə ümumi strategiyanı müəyyən edir, BNF-nin iş proqramı və büdcəsini müzakirə edir, hazırlayır və təsdiqləyir.
25 may 2023-cü il tarixində Almaniyanın Leypsiq şəhərində OECD üzv ölkələrin nəqliyyat nazirləri, yüksək səviyyəli nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Beynəlxalq Nəqliyyat Forumunun “Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” mövzusunda zirvə toplantısında nəqliyyat nazirlərinin şura iclasında Azərbaycan səs çoxluğu ilə 2025-2026-cı illər üçün ilk dəfə olaraq BNF-nin sədri seçilib. 2023-24-cü illərdə isə BNF-yə Litva sədrlik edir.
Sona