Ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 381 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Qeyd edilib ki, ölkədən çıxışı qadağan olunan 554 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 35 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.
Mehman Mehdiyev