Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

THY: Bilet satışı və rezervasiyalarda problemlər yaşanır

THY: Bilet satışı və rezervasiyalarda problemlər yaşanır


Türk Hava Yollarında (THY) bilet satışı və rezervasiya əməliyyatlarında fasilələr yaranıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı THY-nin mətbuat müşaviri Yəhya Üstün verib. Şirkət rəsmisi şəbəkə infrastrukturunda yaranan problem səbəbindən meydana gəldiyini deyib.

"Şəbəkə infrastrukturunda yaranan problemlər səbəbindən bilet satışı və bronlaşdırma prosesində fasilələr yaranır. Problemin həlli və sərnişinlərimizin zərər çəkməməsi üçün lazımi işlər görülür. Sözügedən nasazlığa görə üzr istəyirik. 30 dəqiqə ərzində vəziyyət yoluna qoyulacaq", -deyə THY rəsmisi bildirib.

Natiq Orucov
Xəbəri paylaş