Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırıb

Türkiyə-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırıb


Türkiyə-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Fələstinin səhiyyə naziri Mai Kilah məlumat verib.

Fələstinlə nazir Qəzzada Nitzarim yaxınlığında yerləşən Türkiyə-Fələstin Dostluq Xəstəxanasının yanacağı bitdiyi və iki dəfə bombardman edildiyi üçün fəaliyyətini dayandırdığını deyib. Belə ki, İsrail döyüş təyyarələrinin xəstəxananın üçüncü və sonuncu mərtəbəsini bombalaması nəticəsində Türk-Fələstin Dostluq Xəstəxanasına ciddi ziyan dəyib.

Nazir həmçinin xəbərdarlıq edib ki, Qəzzanın ən böyük xəstəxanası olan Şifa xəstəxanasında 24 saatdan az yanacaq qalıb.

Qəzza zolağında xərçəng xəstələrinin müalicə olunduğu yeganə xəstəxana olan Türk-Fələstin Dostluq Xəstəxanası Fələstinin ən böyük xəstəxanalarından biri idi.

Anar TAGİYEV
Xəbəri paylaş