Cari ilin 9 ayı ərzində kənd təsərrüfatı, qida və içki sektorunda artım qeydə alınıb.
Newscenter.az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, qeyd edilən sahələrdə ötən ilin eyni dövrü ilə müqayisədə 5,37 artım baş verib. Nəticədə ixracda da artım tendensiyası müşahidə edilib. Belə ki, 8,92 faiz artımla ixrac 18,86 milyard dollara çatıb.
Sentyabr ayında isə aylıq ixracat ötən illə müqayisədə 7,71 faiz artıb.
İlin 9 aylıq xarici ticarət məlumatları sektorlar üzrə araşdırıldığında ən çox ixracatın 2 milyard 32 milyon dollarla şəkər və qənnadı məmulatları sektorunda edildiyi məlum olub.
Natiq Orucov