Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrik enerjisində quraşdırılmış güc 136 min meqavata çatacaq

Elektrik enerjisində quraşdırılmış güc 136 min meqavata çatacaq


Türkiyənin quraşdırılmış elektrik enerjisi gücü 2028-ci ildə 27 faiz artaraq 136 min meqavata çatacaq.

Newscenter.az
xəbər verir ki, bu barədə açıqlama Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindən verilib. Bildirilib ki, hazırda bu gün 106 min meqavat təşkil edir.

2028-ci ildə ölkədə elektrik enerjisinə tələbatın 430 terawatt saat, külək enerjisi quraşdırılmış gücün 18 min meqavat və günəş enerjisi ilə quraşdırılan gücün 30 min meqavat olacağı hədəflənir.

Eyni dövrdə daxili resurslardan istehsal olunan elektrik enerjisinin miqdarı 270 teravatt saat, elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı 50 faiz, təbii qazın elektrik enerjisi istehsalında payı 15 faiz təşkil edəcək.

Natiq Orucov
Xəbəri paylaş