İsrail aviasiyası Qəzzaya hava zərbələri endirməkdə davam edir. Son günlərdə İsrail aviasiyası və pilotsuz uçuş aparatlarının əsas hədəf aldığı obyektlər sırasında HƏMAS terror təşkilatının rəsmilərinin evləri yer alır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrailin pilotsuz uçuş aparatı bu gün HƏMAS lideri İsmayıl Haniyənin Qəzzada bölgəsinin kənarında yerləşən evinə raket zərbəsi endirib. Zərbə nəticəsində mənzilə ciddi ziyan dəyib. Lakin zərbə zamanı HƏMAS liderinin xəsarət alıb-almadığı barədə məlumat verilmir.
Bəzi mənbələrin xəbərinə görə, HƏMAS lideri oktyabrın 7-dən yaşadığı mənzili tərk edərək Qəzzadakı yeraltı sığınacağa çəkilib.
Anar Əliyev