Israil Qəzzada mülki obyektləri vurmaqda davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, dini ibadət məkanları DA İsrail aviasiyasının hədəfinə tuş gəlib. Belə ki, blokada vəziyyətində olan Qəzza zolağının cənubundakı Əli bin Əbi Talib və Əl-İsticabe məscidlərinin İsrail tərəfindən vurulduğu bildirilir.
İsrail döyüş təyyarələrinin Qəzzanın cənubunda yerləşən həmin məscidi davamlı bombaladığı məlum olub. Nəticədə Əli bin Əbi Talib məscidi və onun yanındakı ev tamamilə dağılıb, Əl-İsticabe məscidi isə ciddi ziyan görüb.
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumları zamanı 52 məscid tamamilə dağıdılıb, 110 məscid isə müxtəlif formada zədələnib.
Anar TAGİYEV