Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı vəfat edib

Tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı vəfat edib


Tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı (Hüseynəli Həsənov) 72 yaşında vəfat edib.

Newscenter-az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.

"Bu gün Azərbaycan qarmon ifaçılığında özünəməxsus xidmətləri olan Hüseyn Bakılı vəfat edib. Bakını o qədər sevirdi ki, ləqəbində də onun adını daşıyırdı. Qarmonu qədər ona sadiq olan dostu yox idi. Düz 50 il dostluq etdi onlar. Onu həmişə sağlam, gümrah görmüşdüm. Elə doğmaları da, yaxınları da onun heç bir xəstəliyi barədə eşitməmişdilər. Ruhun şad olsun, gözəl insan", - paylaşımda deyilir.

Qeyd edək ki, Hüseyn Bakılı məşhur muğam ustası, xanəndə Hacıbaba Hüseynovun qardaşı oğludur.

Newscenter-az
Xəbəri paylaş