Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatasından mühüm təklif

Hesablama Palatasından mühüm təklif



Hesablama Palatası vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların təsirinin qiymətləndirilməsini büdcə sənədləşməsinə daxil edilməsini təklif edir.

Newscenter-az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasındakı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Sədr çıxışda bəzi məqamlara toxunub və tövsiyələr səsləndirib:

“Yeni reallıqlar müstəvisində iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi sisteminin əhəmiyyəti nəzərə alınaraq son illərdə hər növbəti il üçün vergi qanunvericiliyinə geniş həcmli əlavə və dəyişikliklər qəbul edilmişdir.
Növbəti ilin proqnoz göstəriciləri nəzərə alınmaqla ardıcıl 4 il ərzində vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğləri illər üzrə artaraq 30,6 mlrd. manatadək yüksəlməsi şəraitində həmin vəsaitlərin vətəndaşların və vergi ödəyicilərinin sərəncamında qalması qeyri neft-qaz sektorunda ÜDM həcmlərinin artım templərinin müsbət dinamika ilə inkişaf etməsinə töhvə verir.
Bu baxımdan güzəşt və azadolmaların səmərəliliyinin, o cümlədən iqtisadiyyatda yaradılan əlavə dəyərə təsirinin qiymətləndirilməsinə dair məlumatların “Büdcə zərfi”ndə öz əksini tapmasını məqsədəuyğun hesab edirik”.
Xəbəri paylaş