İkinci əl avtomobil bazarında qiymətlərdə ucuzlaşma müşahidə edilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, oktyabr ayında Türkiyədə ikinci əl minik və yüngül ticari avtomobil qiymətləri bir əvvəlki aya görə 1,54 faiz azalıb.
Göstərilən müddət ərzində 134 min 259 ədəd ikinci əl avtomobili satılıb. Bu çərçivədə satışlarda ötən ilin sentyabr ayı ilə müqayisədə 5 faiz, oktyabr ayı ilə müqayisədə isə 7 faiz azalma olub.
Bu ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə satışlarda 10 faiz artım qeydə alınıb.
Natiq Orucov