Sabit qiymətlərlə pərakəndə satış həcmi
Sentyabr ayında keçən ilin eyni ayına görə müqayisədə pərakənədə satışda 13,8 faiz artım qeydə alınıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, eyni ayda qida, içki və tütün satışları da artıb. Pərakəndə ticarət dövriyyəsi isə illik 85,7 faiz artıb
Cari qiymətlərlə pərakəndə ticarət dövriyyəsi sentyabr ayında əvvəlki ilin eyni ayına nisbətən 85,7 faiz artıb. Cari qiymətlərlə pərakəndə ticarət dövriyyəsi isə sentyabr ayında əvvəlki ayla müqayisədə 4,2 faiz artıb. Eyni ayda qida, içki və tütün satışları 5,1 faiz, qeyri-ərzaq satışları (avtomobil yanacağı istisna olmaqla) 3,5 faiz, avtomobil yanacağı satışı isə 5,1 faiz artıb.
Nərgiz Əzizova