Türk Hava Yolları daha 355 təyyarə alınması üçün "Airbus" şirkəti ilə danışıqlar aparır.
Newscenter.az şirkətə istinadən bildirir ki, təyyarələr Türk Hava Yollarına 2026-2036-cı illər arasında təhvil veriləcək. İlk mərhələdə 240-ı, sonrakı mərhələdə isə 115 təyyarənin şirkətə verilməsi nəzərdə tutulur.
Hələlik isə şirkətin 355 təyyarı üçün nə qədər vəsait sərf edəcəyi barədə məlumat verilmir.
Natiq Orucov