Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Bankının ayırdığı vəsait rekord həddə çatıb

Dünya Bankının ayırdığı vəsait rekord həddə çatıb


Dünya Bankının Türkiyəyə ayırdığı maliyyə vəsaiti 2023-cü ildə rekord həddə çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek verib. O bildirib ki, nəticə etibarilə Dünya Bankının Türkiyəyə ayırmış olduğu kreditin həcmi 3,3 milyard dollara çatıb:

“Bu, Dünya Bankının ölkəmizin inkişaf gündəliyinə və iqtisadi proqramına etimad və dəstəyinin ən konkret nümunəsidir".

Türkiyə nazir deyib ki, Dünya Bankının əlavə olaraq ayırdığı 18 milyard dollarlıq kredit ilə bu maliyyə qurumu tərəfindən Türkiyəyə ayrılan vəsaitin həcmi 35 milyard dollara çatmış olub.

Natiq Orucov
Xəbəri paylaş