Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Muzdlu işçilərin sayı artıb

Muzdlu işçilərin sayı artıb


Bu ilin sentyabr ayında Türkiyədə ödənişlə (muzdla) çalışan işçilərin sayında artım qeydə alınıb.

Newscenter.az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, daha çox sənaye, tikinti və ticarət-xidmət sahələrində muzdlu işçilərin ümumi sayında artım baş verib. Belə ki, sentyabr ayında əvvəlki ilin eyni ayına nisbətən bu sektorda çalışan muzdlu işçilərin sayı 3 faiz artıb.

Qeyd edilib ki, sənaye, tikinti və ticarət-xidmət sektorlarında keçən ilin sentyabr ayında 14 milyon 926 min 919 nəfər olan muzdlu işçilərin sayı bu ilin eyni ayında 15 milyon 374 min 379 nəfərə yüksəldi. .

Natiq Orucov
Xəbəri paylaş