Cari il ərzində Türkiyənin turizm sahəsindən əldə etdiyi gəlirlər 42 milyard dollara çatıb.
Newscenter.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, il sonuna qədər turizm gəlirlərinin 50 milyard dollara çatdırılması nəzərdə tutulub.
Nazirlikdən bildirilib ki, Türkiyəyə səfər edən xarici turistlərin ən çox ziyarət etdiyi məkanlar tarixi-mədəni abidələr olub. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox turist cəlb edən bölgə Antalya olub.
Natiq Orucov