Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir sıra rayonlarda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Bir sıra rayonlarda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər


Bir sıra rayonlarda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 7 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində bir nəfərdən müvafiq sənədləri olmayan tüfəng götürülüb, bir nəfər rayon sakini isə qanunsuz saxladığı odlu silahı könüllü olaraq polisə təhvil verib.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan iki rayon sakini müəyyən edilib və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi, könüllü təhvil verilməsi və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş