Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il dəmir yolu keçidlərində baş verən qəzalarda 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Bu il dəmir yolu keçidlərində baş verən qəzalarda 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb


Bu il ADY-yə məxsus dəmir yolu keçidlərində avtomobil nəqliyyatı vasitələrinin qatarın qarşısına qəfil çıxması nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri "Azərbaycan Dəmir Yolları" QSC yayıb. Məlumatda bildirilib ki, hərəkətdə olan qatarın qarşısına qəfil insan çıxması nəticəsində isə 5 nəfər həlak olub, 6 nəfər ağır xəsarət alıb.

"Özünüzün və başqalarının həyatlarını təhlükəyə atmamaq üçün dəmir yolu keçidlərindən keçərkən ehtiyatlı olun. Mütləq təyin olunmuş keçidlərdən istifadə edin",-deyə məlumatda qeyd edilir.

ADY bildirir ki, yol-nəqliyyat hadisələri bir insanın, bir ölkənin və ya bir qitənin problemi deyil – bu hamımızı narahat edən qlobal məsələdir:

"Gəlin, qaydalara riayət edək, yollarımız daha təhlükəsiz olsun!".

Qeyd edək ki, 19 noyabr yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günüdür.

R.Mehdiyeva
Xəbəri paylaş