Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir yollarında qəza hallarının aradan qaldırılması üçün hansı tədbirlər görülür?

Dəmir yollarında qəza hallarının aradan qaldırılması üçün hansı tədbirlər görülür?


19 noyabr Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günüdür. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda da yol-nəqliyyat hadisələrində artım müşahidə edilir. Yol nəqliyyat hadisələrinə dəmir yolu keçidlərində də rast gəlinir. Bəs görəsən dəmir yollarında baş verən qəza hallarını minimuma endirmək üçün hansı tədbirlər görülür?

Newscenter.az-ın xəbərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilir ki, qorunmayan dəmir yolu keçidlərində hərəkət intensivliyi qorunan keçidlərə nisbətən daha azdır. Bu səbəbdən keçidə 300 metrdən qalmış 50 metrə qədər xəbərdarlıq nişanları quraşdırılır və sürücülər dəmir yolu keçidinə yaxınlaşarkən bir neçə dəfə "qarşıda qatar var, sürəti azalt" xəbərdarlıq işarələri ilə məlumatlanırlar:

"Azərbaycan Respublikasının Yol hərəkət haqqında Qanunun 44-cü maddəsinə əsasən, sürücülər keçidlərə yaxınlaşanda maşının sürətini aşağı salmalı, keçidin boş olduğuna əmin olduqdan sonra keçməlidir".

R.Mehdiyeva
Xəbəri paylaş