Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda işçilərin iş saatını az göstərən hazırlıq kursu ilə bağlı cinayət işi başlanılıb

Bakıda işçilərin iş saatını az göstərən hazırlıq kursu ilə bağlı cinayət işi başlanılıb


Bakıda işçilərin iş saatını az göstərən hazırlıq kursu ilə bağlı cinayət işi başlanılıb.

Newscenter-az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşların əmək hüquqlarının pozulmasına dair daxil olmuş müraciətlər üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.

Araşdırmalar zamanı “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işə cəlb edilməsi, “ABB Limited” Şirkətinin nümayəndəliyinin vəzifəli şəxsləri tərəfindən isə işçilərin əməkhaqqının azaldılması məqsədilə iş saatlarının faktiki olduğundan daha az göstərilərək rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Cinayət təqibindən kənar icraatlar idarəsində Cinayət Məcəlləsinin 162-1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanaraq istintaq olunması üçün aidiyyəti üzrə müvafiq rayon prokurorluqlarına göndərilib.

Mehman Mehdiyev
Xəbəri paylaş