Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tiflisdə və Piterdə Azərbaycana aid müəyyən arxiv sənədləri var

Tiflisdə və Piterdə Azərbaycana aid müəyyən arxiv sənədləri var


Bu günlərdə hüquq müdafiəçisi Qurban Məmmədov barəsində irəli sürülən iddia cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Bəziləri həmin iddianın doğru olduğuna inanır, bəziləri isə bunu cəfəngiyyat hesab edir. Hətta bunun üçün arxivlərdə araşdrma aparılması zəruri hesab olunub.

Newscenter.az-ın xəbərinə görə, tarixçi Rəfael Eminov deyib ki. Azərbaycanda ən qədim arxiv sənədləri Dövlət Tarix Arxivində saxlanılır:

"Vaxtı ilə bir müddət həmin Arxivin "Sənədlərin saxlanılması və mühafizəsi" şöbəsinin müdiri vəzifəsində çalışmışam. Bu Arxivin saxlanclarında 1804-13-cü illərdən 1923-cü ilə kimi olan bir çox sənədlər, əhalinin kameral siyahıya alınması, məhkəmə və sairlər rus dilində, nigah və doğumla bağlı 1887-ci ildən sonrakı sənədlər isə ərəb şikəstə xətti ilə yazılaraq, arxiv işçilərinin tərəfindən öz aralarında "məscid sənədləri" adlandırılaraq ən böyük 1040 - cı fondda saxlanılır. Yəni buna qədər əhali siyahıya alınmalarının peşəkar bir arxiv fondu yoxdur. Yalnız 1724 cü ildə Ottomon imperiyasının bəzi əraziləri tutması dövründə qısa zaman kəsimində vergi işləri üçün İcmal dəftərləri Türkiyə arşivlərində var".

Tarixçi deyib ki, İran arxivləri barədə isə bizə bir şey bəlli deyil:

"Rusiya dövrü arxivləri zatən bizdədir. Tiflisdə də, Piterdə də Azərbaycana aid müəyyən bir arxiv sənədləri var. Lakin əhali siyahıya alınması ilə bağlı sənədlər, hansılar ki, kiminsə əcdadının kimliyini müəyyəm edə bilər, onlar özümüzdədir. Bəli faktlar varki İran və Türkiyədən 1828-30-cu illərdə müsəlmanlar, onların içində türklər, kürdlər də var az sayda, xristianlar xüsusən ermənilər torpaqlarımıza köçürülüblər. Və həmin ermənilərin bir qismi doğrudanda yerli türk əsilli həmkəndlilərinin içində assimilyasiyaya uğdayıblar və 7 nəsil ardıcıl proses gedib. Belə faktlar araşdırılsa mümkündür ki, olsun".

Anar Əliyev
Xəbəri paylaş