Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəyişən dünya nizamında qlobal güclərin əsas maraq dairəsi Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəlib

Dəyişən dünya nizamında qlobal güclərin əsas maraq dairəsi Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəlib


"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni əsilli şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barasində razılıq əldə edilib.

İlk öncə bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu addım Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı, cənab İlham Əliyevin xalqımıza, ölkə vətəndaşlarına, ordumuza verdiyi dəyərin, əsirlikdə olan hərbçilərin ailələrinin çəkdiyi ağır hisslərə şərik olduğunun bariz nümunəsidir. Çünki bu xəbərdən bir müddət öncə Ermənistan məhkəməsi əsir hərbiçilərimizdən Hüseyn Axundovla bağlı ömürlük həbs cəzası qərarı vermişdi. Lakin indi onların hər ikisi Azərbaycan dövlətinin, prezidentinin qayğısını və gücünü bir daha hiss etdilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, iki dövlət arasında əlaqələrin normallaşması istiqamətində bu kimi humanizm prinsiplərinə söykənən addımların atılması müsbət bir dinamikanın göstəricisidir. Lakin sülh müqaviləsinin imzalanması üçün bir sıra məsələlərin həlli vacibdir:

"Onlar, sərhədin dəqiqləşdirilməsi və bu prosesin hansı illərin xəritəsi əsasında aparılması, anklavların taleyi, qarşılıqlı şəkildə kommunikasiyaların bərpası və s.

Ancaq tərəflər arasında hər hansı bir vasitəçi tərəf olmadan uzlaşmananın mümkün olması vacib bir məqamdır. Bilindiyi kimi rəsmi İrəvan danışıqlarda vasitəçi tərəflərin, xüsusilə Qərbin iştirakında israrlı mövqe sərgiləyir. Bu, ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın çıxışında da öz əksini tapmışdır. Lakin hesab edirəm ki, ölkə prezidentinin dekabrın 6-da ADA Universitetində Qarabağ:30 ildən sonra evə dönüş. "Nailiyyətlər və çətinliklər " forumunda çıxışı Ermənistan rəhbərliyi üçün siqnal idi. Ölkə başçısının qarşı tərəfin revanşist meyllərə qapılıb silahlanma yarışına girməsi və prosesi ləngitməsi cəhdinin onlar üçün müsbət heçnə vəd etmədiyini bildirməsi bir çox mesajı özündə birləşdirdi. Təbii ki, Rusiya təsirindən uzaqlaşaraq qərbpərəst siyasət həyata keçirməyə çalışan Paşinyan, bu niyyətini həyata keçirməyin yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməkdən keçdiyini yaxşı bilir. Çünki dəyişən dünya nizamında qlobal güclərin əsas maraq dairəsi Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəlib və burada dəhlizlər üzrə ciddi rəqabət gedir. Orta Asiyanın qərbə açılan qapısı məhz Azərbaycandır. Belə bir məqamda regionun həm açar, həmdə kilid ölkəsi funksiyasını həyata keçirən Azərbaycanla əlaqələri bərpa etmək Ermənistan üçün həyatı əhəmiyyət kəsb edir".

Anar Əliyev
Xəbəri paylaş