Türkiyənin aviasiya yanacağı ixracatı oktyabr ayında 14,1 faiz artaraq 480 min 280 tona çatarkən, dəniz yanacağı ixracatı isə 31,4 azalaraq 97 min 555 tona düşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, neft bazarında digər məhsulların ümumi ixracı 9,63 faiz artaraq 1 milyon 292 min 801 tona çatıb.
Oktyabrda dizel növünün istehsalı əvvəlki ilin eyni ayına nisbətən 2,4 faiz artaraq 1 milyon 596 min 497 tona, benzin növlərinin istehsalı isə 19,9 faiz artaraq 519 min 605 tona, dizel yanacağının istehsalı isə 19,9 faiz artaraq 519 min 605 tona, aviasiya yanacaqları 33,8 artaraq 519 min 192 tona çatıb. Dəniz yanacağı istehsalı 44,9 azalaraq 80 min 317 ton olaraq hesablanıb.
Natiq Orucov