Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səudiyyə Ərəbistanında yeni qızıl yataqları aşkarlanıb

Səudiyyə Ərəbistanında yeni qızıl yataqları aşkarlanıb


Səudiyyə Ərəbistanı ölkədə yeni qızıl yataqlarının tapıldığını açıqlayıb.

Newscenter.az bu ölkənin Mədən Şirkətinə (Maaden) istinadən bildirir ki, paytaxt Ər-Riyadın qərbində, Mansura-Massara qızıl mədəninin 100 kilometr cənubunda böyük qızıl yataqları tapılıb.

Maaden şirkəti tərəfindən verilən açıqlamada, bunun şirkətin 2022-ci ildə başladığı intensiv qazma proqramı çərçivəsində ilk kəşf olduğu bildirilib.

Qeyd edək ki, “Mənsurə-Məssərə qızıl ehtiyatlarının həcmi 2023-cü ilin sonuna qədər təqribən 7 milyon unsiyaya çatıb. Yeni kəşfdən əvvəl isə illik istehsal gücü 250 min unsiya olub.

Natiq Orucov
Xəbəri paylaş