Ermənilərin Azərbaycan torpaqlarından oğurladıqları qədim əşyaları axtarışlar davam edir. Tarixin bütün dövrlərində ermənilər Azərbaycana aid qədim arxeoloji qazıntılar zamanı tapılan və dəyəri milyonlar olan kitablar, eksponatlar, xalçalar, bəzək əşyaları, silah növləri və sairələr oğurlayıb aparıblar və erməniləşdirməyə cəhd ediblər. Lakin nə qədər saxtakarlıq etsələr də təcrübəli tədqiqatçılar hər bir eksponat və digərlərin naxış, quruluş, material və formasına görə müəyyən edə bilirlər ki, bu hansı dövrə, hansı xalqa və hansı coğrafiyaya aiddir.
Buna görə uzun zamandır ermənilərin oğurlayıb apardıqları bizə məxsus mədəni və qeyri mədəni irsə aid bütün nələr var axtarıram. Bir müddət öncə axtarıb tapdığım və Azərbaycanda hazırlanan və Daşkəsəndə saxlanılan ən qədim İncil kitabını onların Matandaran muzeyində saxlanılmasını üzə çıxarmağım erməniləri təvşişə salıblar bu günün özündə də onlar bizim bu informasiyanı hansı yolla əldə etdiyimizi araşdırırlar.
https://axar.az/news/layiheler/821300.html -Yazı budur.
https://www.golosarmenii.am/.../teper-azerbajdzhanu... –Bu da ermənilərin mənim araşdırmamı dolayısı ilə təsdiq etdikləri yazıdır.
Ermənilərin bizim torpaqlardan oğurladıqları daha bir qədim, yaşı 3 min ilə yaxın olan qılıncın gizlədildiyi yeri tapdım. Bu şəkildə gördüyünüz yer italiyanda San Lazzaro degli Armeni kilsəsidir. Bizim dildə “ermənilərin müqəddəs Lazarı” kilsəsi. Yerləşir İtaliyada. Lido və San Servolo adaları arasında Venesiya Laqonunun cənub hissəsində kiçik bir adadır. Burada fotoda gördüyünüz qılınc saxlanılır.
Venesiyanın Ca Foscari Universitetindən olan italyan tarixçisi, Yaxın Şərqdə tapılan qədim qılıncların tədqiqi ilə məşğul olan Vittoria Dall Armellina artefaktı diqqətlə izləyib. Qılıncın yaşını təyin etmək qərarına gəldi. Vittoria dərhal fərq etdi ki, silah orta əsr nümunələrinə bənzəmir və tədqiqatlarında artıq qarşılaşdığı silahlar kimi daha köhnədir. Qılıncın Azərbaycan ərazisində bu günə qədər tapılan qədim silahlara bənzədiyi ortaya çıxdı. Bu, qılıncın təxminən eramızdan əvvəl 3000-ci ildə yaradıldığı qənaətinə gəldi.
Qılıncın heç bir bəzəkləri, yazıları və fərqləndirici xüsusiyyətləri yoxdur. Silah arsenik bürüncdən hazırlanıb. Qılıncı erməni şairi Qevond Alişan tərəfindən 19-cu əsrin sonlarında Venesiyaya Türkiyənin Trabzon ərazisindən aparılıb. Azərbaycandan oğurlanıb, Trabzonda gizlədilib və burdan da Venesiyaya aparılıb. Bu ada-şəhərdə kilsədə uzun zamandır saxlanılır.
Azərbaycan ərazisində aşkar edilmiş bu qılınc qəlibdə bütöv şəkildə tökülüb və nc ağır enli tiyəsi ilə seçilir. Belə tiyə ilə yalnız yuxarıdan aşağıya doğrayıcı zərbələr vurmaq mümkün idi. Tiyə batırıcı zərbələr üçün nəzərdə tutulmadığından ucu dairəvi və küt idi. Belə silahlardan bir neçəsi 1949-cu ildə Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı Kür çayının sol sahilində tapılmış türk döyüş tipli qılıncdır. Belə ki, silahın uzun tiyəsi tədricən dəstəyə keçir. Dəstək isə enli halqa şəklində düzəldilmiş başlıqla tamamlanır.
Ermənilərin bizdən oğurldıqların qılıncın üzərinə diqqətlə nəzər salanda üzərində “aran” sözünün yazılmasını görmək olar. Aran yaxud Arran antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgədir. Bu da bizə fakt verir ki, məhz Venesiyada saxlanılan qılınc Qarabağ ərazisindən tapılb və ondan sonra Trabzona, ordan isə Venesiyaya aparılıb.
Azərbaycanda bürüncdən hazırlanan çoxsaylı eksponatlar bir çox dünya ölkələrində saxlanılır. Bu yerlərə aid sənət nümunələri içərisində Beyləqandan tapılan bürünc quş fiqurları və hazırda Parisin Luvr muzeyində saxlanılan Osman Naxçıvaninin 1190-cı ildə düzəltdiyi bürünc dolça xüsusi ilə maraqlıdır.
Ermənilərin bizdən oğurladıqları bu qədim qılınc hazırda bu muzeydə erməni silahı kimi təbliğ edilir.
Zaur Aliyev, dosent