Argentinalı hücumçu Lionel Messinin ötən yay Amerikanın “İnter Mayami” klubuna transferi bütün MLS kimi klubun maliyyə vəziyyətinə də müsbət təsir göstərib.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Sportico” xəbər yayıb.
Məlumata görə, son bir ildə “İnter Mayami”nin təxmini dəyəri 74 % artaraq hazırda 1,2 milyard ABŞ dolları təşkil edir. Amerika klubunun gəliri də artıb. Keçən il ərzində “İnter Mayami” 127 milyon dollar qazanıbsa, 2022-ci ildə klubun mənfəəti 55 milyon dollar olub.
Qeyd olunur ki, son bir ildə MLS klublarının gəlirləri 27 % artıb.
Xatırladaq ki, “İnter Mayami”nin heyətində Messi bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.
Oruc Niyazov