Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrlandiya İsrailə uçuşları dayandırır

İrlandiya İsrailə uçuşları dayandırır


İrlandiyanın "Ryanair" aviaşirkəti İsrailə uçuşlarını dayandırır.

Newscenter.az Reuters-ə istinadən bildirir ki, uçuşların ləğvi bu ayın sonundan tətbiq olunacaq. Belə ki, şirkət fevralın 27-dən etibarən Təl-Əvivə bütün uçuşlarını ləğv edəcək.

Qərarın verilməsinə səbəbi kimi Ben Qurion Hava Limanının 1-ci Terminalının ucuz bilet satan aviaşirkətlərin istifadəsinə bağlanması göstərilib.

"Təəssüf ki,Ben Qurion hava limanındakı 1-ci Terminal artıq ucuz, aşağı tarifli aviaşirkətlər üçün əlçatan deyil", - deyə "Ryanair"-in bəyanatında vurğulanır.

Natiq Orucov
Xəbəri paylaş