Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz kimin nə dediyinə baxmırıq-ƏRDOĞAN

Biz kimin nə dediyinə baxmırıq-ƏRDOĞAN


"Ehtiyacımız olan zaman müttəfiq və dost dediyimiz ölkələrin yanımızda olmadığının son on ildə şahidi oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Ərdoğan deyib ki, həmin müttəfiq hesab etdikləri ölkələr nəinki Türkiyənin yanında oldular, hətta ölkəsinin terrorizmə qarşı mübarizəsinə əngəl olmağa çalışdılar:

"Silah satışı müqaviləsindən imtina edən ölkələr də oldu, hava hücumundan müdafiə, radar sistemlərini söküb aparanlar da. Ona görə də bundan sonra biz kimin nə dediyinə baxmayacağıq və baxmırıq. Bundan sonra Türkiyə dövlətinin, türk xalqının nə istədiyinə diqqət yetirəcəyik".

Anar Əliyev
Xəbəri paylaş