Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil vermək barədə qərar qəbul edib

Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil vermək barədə qərar qəbul edib


Rəsmi İrəvan xoşməramlılıq əlaməti olaraq və Ermənistanla Azərbaycan arasındakı razılaşma əsasında azan hərbi qulluqçu Ruslan Pənahovun tez bir zamanda Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.

Newscenter.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib. Bundan sonra onun barəsində bir neçə uydurma ittiham üzrə cinayət işi başlanılıb.
Xəbəri paylaş