"Biz Ermənistana bacardığımız qədər kömək edəcəyik. Tarixi bağlarımızı nəzərə alaraq, biz özümüzü Ermənistana bacardığımız qədər kömək edəcək bir ölkə kimi görürük və bunu həqiqətən də istəyirik”.
Newscenter.az news.am-a istinadən bildirir ki, bunu Ermənistanda səfərdə olan Yunanıstanın milli müdafiə naziri Nikolaos Dendias baş nazir Nikol Paşinyanla görüşü zamanı deyib.
Yunanlı nazir keçən il erməni həmkarı Papikyanın Yunanıstana səfərindən sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyduğunu deyib.
Qeyd edək ki, görüş zamanı Cənubi Qafqaz regionunda baş verən proseslər, regional sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi də aparılıb.
Anar Əliyev